Region
54 yaşlı kraliça hərbi xidmətə çağırıldı
Niderland kraliçası Maksima yaxın günlərdə krallıq ordusunda ehtiyatda olan hərbçi kimi hərbi xidmətə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbələrinə istinadən "RTL Nieuws" telekanalı məlumat yayıb.
Məlumata əsasən, kraliça üçün hazırlanan hərbi proqram həm nəzəri, həm də praktiki məşğələləri əhatə edir. Təlimlər zamanı Maksima şəxsi silahla davranma, nişangaha atəş açma, xəritə ilə naviqasiya və taktiki hazırlığın əsaslarını mənimsəyəcək. Məşqlərin kraliçanın rəsmi iş qrafikinə uyğun olaraq çevik formatda keçirilməsi planlaşdırılsa da, onun dərslərdə mütəmadi iştirakı gözlənilir.
Niderland Müdafiə Nazirliyi ümid edir ki, kral ailəsi üzvünün şəxsi nümunəsi niderlandlıların hərbi karyeraya və ehtiyatda xidmətə olan marağını artıracaq.
Qeyd edək ki, kral cütlüyünün böyük qızı, vəliəhd şahzadə Amaliya artıq baza hərbi hazırlıq kursunu başa vurub və ona ilk hərbi rütbə - kapral rütbəsi verilib.
Kral ailəsi üzvlərinin hərbi təlimlərdə iştirakı silahlı qüvvələrin imicini gücləndirmək və gəncləri xidmətə cəlb etmək üçün tətbiq edilən uzunmüddətli strategiyanın bir hissəsi hesab olunur.
Xatırladaq ki, kraliça Maksima bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə onu parodiya etməsi ilə beynəlxalq mətbuatın diqqətini çəkmişdi.
Hüseyn İbadlı
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)



























