Region
İrandan gizli ssenari - Əgər Xamenei öldürülərsə...
Əli Xamenei ABŞ ilə mümkün hərbi münaqişə zamanı özünün öldürülməsi və ölkənin idarəetmə sistemində yarana biləcək pozuntular ehtimalı ilə bağlı fəaliyyət planının hazırlanmasını tapşırıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" altı yüksəkvəzifəli iranlı məmura və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Xamenei səlahiyyətlərinin bir hissəsini dar etibarlı şəxslər dairəsinə ötürüb və həm hərbi, həm də mülki idarəetmədə çoxsəviyyəli varislik sisteminin yaradılmasını tapşırıb. Rəhbər şəxslərə Xamenei ilə əlaqənin kəsilməsi və ya onun həlak olması ehtimalına qarşı dördə qədər mümkün müavin müəyyən etmək göstərişi verilib.
Əsas qərarların koordinasiyasını isə o, parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib. "The New York Times"in məlumatına əsasən, son aylarda Laricaninin nüfuzu artıb. O, daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə təmaslara nəzarət edir və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda iştirak edir.
İsraillə son gərginlik fonunda ali rəhbərin üç mümkün varis müəyyənləşdirdiyi bildirilir, lakin onların adları açıqlanmır. Laricani din xadimi olmadığı üçün bu siyahıya daxil edilməyib.
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi



















.jpg)













