Region
İran universitetlərində nümayişlər toqquşmalara çevrildi
İranda universitetlərdə keçirilən nümayişlər toqquşmalara çevrilib. Bir tərəfdə hökumətin addımlarını və qərarlarını müdafiə edən qruplar, digər tərəfdə isə "dağıdıcı mövqedə olanlar" dayanır.
Publika.az xəbər verir ki, bu barədə "Jamaran" agentliyi məlumat yayıb.
Tehran Universiteti, Xacə Nəsir, Şərif, Şəhid Behişti, Elm və Sənaye və digər universitetlərdə keçirilən nümayişlərdə "Bəsic" tələbə könüllüləri İran bayraqlarını qaldıraraq yanvar ayında həlak olanların xatirəsinə şüarlar səsləndiriblər. Həmçinin "mövcud quruluşu və inqilabın ali rəhbərini müdafiə edən" sədalar eşidilib. Məlumatda qeyd olunur ki, tələbələrin bir hissəsi isə dağıdıcı şüarlar qışqırıblar.
Agentliyin məlumatına görə, bəzi çıxışlar real toqquşmalara və iğtişaşlara çevrilib.
Şənbə günü Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin mitinqinin etiraz aksiyasına çevrildiyi bildirilmişdi.
Yeni tədris semestrinin əvvəlindəki bu çıxışlar yanvar ayındakı kütləvi etirazlarda həlak olanların xatirəsinin 40-cı günü ilə üst-üstə düşüb.
Hüseyn İbadlı
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







.jpg)































