Region
İran nüvə proqramını dayandırmaqdan imtina etdi
Tehran öz suveren işi olan nüvə proqramından imtina etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı CBS telekanalının efirində bildirib.
"Zənginləşdirmə bizim hüququmuzdur, zənginləşdirmə də daxil olmaqla, dinc məqsədli nüvə enerjisindən istifadə etmək üçün tam hüququmuz var. Bu hüquqdan necə istifadə etməyimiz isə yalnız bizə aiddir", — deyə iranlı diplomat vurğulayıb.
Əraqçının sözlərinə görə, İranın dinc nüvə proqramının mövcudluğu məsələsinin həlli "yalnız diplomatik ola bilər".
"Biz bunu keçmişdə sübut etmişik və qarşılıqlı faydalı diplomatik həll üçün yaxşı şans var", - deyə o əlavə edib.
Bundan əvvəl "Bild" qəzeti ABŞ-ın fevralın 23-ü və ya 24-də İrana hərbi zərbə endirə biləcəyi ehtimalını irəli sürmüşdü.
Hüseyn İbadlı
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







.jpg)































