Region
Xameneinin öldürülməsi İranda sistemi sarsıtdı - Yüksək riskli varislik yarışı başladı
İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi ölkəni 1979-cu il İslam inqilabından bəri ən ağır siyasi böhranla üz-üzə qoyub. Müharibə şəraiti, hakimiyyət boşluğu və daxili gərginlik fonunda varislik prosesi yüksək riskli mərhələyə keçib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlil yayıb.
Analitiklərin fikrincə, Xameneinin ölümü dərhal sistemin dağılması demək deyil. İranın siyasi quruluşu tək bir liderdən asılı olmamaq üçün qurulub və hakimiyyət ruhanilər, təhlükəsizlik strukturları və güc mərkəzləri arasında bölüşdürülüb.
Ekspertlər hesab edir ki, əsas rol İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsusdur. Qurum ya daha sərt təhlükəsizlik yönümlü idarəçiliyə keçə, ya da daxili təzyiqlər altında parçalanma riski ilə üzləşə bilər.
Hazırda müvəqqəti rəhbərlik şurası formalaşdırılıb. Şuraya prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Mühafizəçilər Şurasının nümayəndəsi daxildir. Keçid dövrünə nəzarət etmək üçün belə mexanizm tətbiq olunub.
İran Konstitusiyasına görə, yeni ali lideri Ekspertlər Məclisi seçməlidir. Lakin müharibə şəraiti səbəbindən bu proses ya sürətləndirilə, ya da təhlükəsizlik səbəbilə təxirə salına bilər. Analitiklər bildirirlər ki, mümkün namizədlər arasında məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və İslam Respublikasının qurucusunun nəvəsi Həsən Xomeyni göstərilir.
Digər tərəfdən, İsrail kampaniyanın hələ bitmədiyini və İranın hərbi və siyasi strukturlarına zərbələrin davam edəcəyini bildirir. Məqsədin İranın raket potensialını sıradan çıxarmaq və rejimin dayaqlarını zəiflətmək olduğu qeyd olunur.
Ekspertlər hesab edirlər ki, prosesin taleyi üç əsas amildən asılı olacaq: təhlükəsizlik aparatının sabitliyi, elitanın vahid qərar verə bilməsi və ictimai narazılığın hansı istiqamətə yönəlməsi.
İran daxilində isə həm matəm, həm də etiraz səhnələri müşahidə olunur ki, bu da ölkədə dərin siyasi parçalanmanın mövcudluğunu göstərir.
Hadisələrin inkişafı regionun gələcək siyasi xəritəsinə ciddi təsir göstərə bilər. (Teleqraf)
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?



































