Region
Paşinyanın qardaşı necə Rusiya vətəndaşı olub? – Səbəbi açıqlandı
Ermənistanın Baş naziri Nikol Paşinyan 5 martda hökumətin brifinqində qardaşının Rusiya Federasiyasının vətəndaşı olmasının səbəbini izah edib.
Publika.az xəbər verir ki, sual, onun Rusiya ilə əlaqəli və ya orada yaşayan bir çox siyasi rəqibini "KQB agentləri" adlandırması kontekstində verilib.
Hökumət başçısı, xüsusən də, yüz minlərlə Ermənistan vətəndaşı kimi, qardaşının da 90-cı illərin ikinci yarısında Rusiyaya getdiyini və orada yaşadığını bildirib.
Paşinyan həmçinin bəzi Rusiyapərəst müxalifət qüvvələrinin qarşıdan gələn parlament seçkilərində səs vermək üçün Rusiyada yaşayan Ermənistan vətəndaşlarının kütləvi axınını təşkil etmək niyyətində olduqları barədə şayiələrə də toxunub.
Baş nazir əmin edib ki, "bu baş versə belə, bu insanlar, əksər hallarda, ölkədən axını deyil, ölkəyə gəlişi təşviq edən bir hökumətə səs verəcəklər".
O, Rusiyaya gedən Ermənistan vətəndaşlarının bu qədər insanı vətənlərindən qovan bir hökumətə səs verməyəcəyinə inanır.
Tural
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək











.jpg)
























