Region
İsrailə casusluqda ittiham edilən Qaani edam edildi - ŞOK İDDİA
Ehtimal olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibindəki elit "Qüds" qüvvələrinə rəhbərlik edən general İsmayıl Qaani, İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək edam olunub.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Nationalnews" nəşri yayıb.
Qeyd olunub ki, İranın Amerika Birləşmiş Ştatları və İsrail ilə faktiki hərbi qarşıdurması şəraitində yüksəkrütbəli hərbi xadimin taleyi yenidən aktiv müzakirələrin mərkəzinə çevrilib. İnternet şəbəkəsində SEPAH-ın "Qüds" qüvvələrinin komandanının xəyanət və İsrailin xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığı və ya artıq onun barəsində çıxarılan hökmü icra etdiyi barədə təsdiqlənməmiş məlumatlar sürətlə yayılır.
Vurğulanır ki, ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində ali rəhbər Ayətullah Əli Xamenei, eləcə də İranın təhlükəsizlik strukturlarının bir sıra yüksəkvəzifəli şəxsləri məhv edilib. İsmayıl Qaaninin bu ölüm silsiləsində sağ qalması ona qarşı şübhə dalğasına səbəb olub. Generalın edamı barədə xəbərlər, həmçinin "X" sosial şəbəkəsində paylaşılan bəyanatlara istinadla yayılır. Bu məlumatlara görə, bütün sui-qəsdlərdən sağ çıxan və hətta bombardmanlar zamanı Xameneinin yanında olmasına baxmayaraq gizlənməyi bacaran İsmayıl Qaani, daha əvvəl "Mossad"a işləmək şübhəsi ilə xidmət yoldaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu, Qaaninin ölümü ilə bağlı yayılan ilk şayiə deyil. Belə ki, ötən il Qərb kİV-ləri Beyruta endirilən zərbələrdən sonra onunla əlaqənin kəsildiyini xəbər vermişdilər. Ehtimal olunurdu ki, Qaani şiə "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilməsindən dərhal sonra Livana yollanıb. Lakin sonradan general ictimaiyyət qarşısına çıxaraq öz ölümü barədə məlumatları təkzib etmişdi. Bununla yanaşı, bəzi mənbələr diqqəti ona çəkir ki, onun həbsi və ya ölümü ilə bağlı əvvəlki şayiələr heç vaxt rəsmi təsdiqini tapmayıb və Qaaninin özü sonradan vəzifəsinin icrasına qayıtmışdı. Hazırda İranın rəsmi hakimiyyət orqanları komandanın edamı barədə məlumatı təsdiqləməyib.
Hüseyn İbadlı
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?












.png)


.jpg)


















.jpg)



