Region
İran ilk dəfə ağır ballistik raketinin buraxılışını nümayiş etdirdi - Video
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk dəfə olaraq 1,5 ton çəkidə döyüş başlığı daşımaq qabiliyyətinə malik olan və 2000 km-ə qədər məsafədəki hədəfləri vura bilən iki ədəd "Khorramshahr-4" ("Xorrəmşəhr-4") orta mənzilli ballistik raketinin buraxılış görüntülərini yayımlayıb.
Publika.az xəbər verir ki, kadırları "ImpNavigator" “Telegram” kanalı nümayiş etdirib.
Raketlər sutkanın qaranlıq vaxtında havaya buraxılıb.
İran "Xorrəmşəhr" ailəsinə məxsus bu yeni raketi ilk dəfə 2023-cü ildə nümayiş etdirib. Mütəxəssislərin qiymətləndirməsinə görə, onun uçuş məsafəsi təxminən 2000 kilometr təşkil edir.
Raket müasir mühərriklə təchiz olunub və çənlərdə uzun müddət saxlanıla bilən yanacaqdan istifadə edir ki, bu da buraxılışa hazırlıq vaxtını əhəmiyyətli dərəcədə qısaldır. "Xorrəmşəhr-4"ün naviqasiya sistemi trayektoriyanı hələ atmosferdən kənarda korreksiya etmək imkanı yaradır ki, bu da hədəfin vurulma dəqiqliyini artırır.
Hüseyn İbadlı
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi


















.png)
















