Region
Kadırov İrana kömək etməkdən imtina etdi: Səbəbini də açıqladı
Çeçenistan lideri Ramzan Kadırov ABŞ və İsrail ilə münaqişədə İrana hərbi dəstək verməkdən imtina edib.
Publika.az xəbər verir ki, Kadırov bunun səbəbini “Telegram”-da açıqlayıb.
Onun sözlərinə görə, əgər İran hakimiyyəti ərəb qonşularında mülki şəxsləri hədəfə almasa, o, Çeçenistan qoşunlarını İrana göndərməyə hazır olardı.
"Onlar bizim qardaşlarımıza da hücum edirlər... Üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görməkdən çox narazıyam", - o, qərarını belə izah edib.
Kadırov vurğulayıb ki, əgər İran qonşularına hücum etməsəydi, ABŞ hücumunu dəf etmək üçün çeçen qoşunlarının İrana göndərilməsi baş verə bilərdi.
Kadırov İrana konkret hansı bölmələri göndərməyə hazır olacağını və ya bunun üçün hansı Rusiya qanunlarının hüquqi əsas olacağını dəqiqləşdirməyib.
Daha əvvəl “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, eyni zamanda Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini vəzifəsini tutan general-leytenant Apti Alaudinov İran uğrunda döyüşməyə hazır olduğunu bildirmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)