Region
Xameneidən atasının vəfatından 40 gün sonra YENİ BƏYANAT - “Bu, on əsas tələbdən biridir”
İran müharibəyə can atmır, amma öz hüquqlarından imtina etməyəcək.
Publika.az xəbər verir ki, bunu İran dövlət televiziyasının Ali rəhbər Müctəba Xamenei adından yaydığı bəyanatda bildirilib.
"İran müharibəyə can atmır, amma öz hüquqlarından imtina etməyəcək. Hörmüz boğazının idarə edilməsini mütləq yeni mərhələyə çıxaracağıq” - Müctəbanın atası, İranın əvvəlki Ali rəhbəri Əli Xameneinin vəfatından 40 gün sonra verilən bəyanatda deyilir.
O qeyd edib ki, bu strateji əhəmiyyətli dəniz yolu üzərində nəzarətin saxlanılması İranın Birləşmiş Ştatlarla danışıqları bərpa etmək üçün irəli sürdüyü on əsas tələbdən biridir.
İranın Ali Rəhbəri həmçinin ölkəyə dəymiş ziyana görə ABŞ və İsraildən təzminat tələb etmək niyyətində olduğunu bildirib.
"Hamı bilməlidir: biz ölkəmizə hücum edən cinayətkar təcavüzkarları rahat buraxmayacağıq. Mütləq təzminat tələb edəcəyik", – deyə Xameneyi vurğulayıb.
O, həmçinin qeyd edib ki, İran "müharibəyə can atmayıb və atmır", lakin heç bir şərt daxilində öz qanuni hüquqlarının reallaşdırılmasından imtina etməyəcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)