Region
Ermənistandan hərbi bazanı çıxara bilərəm - Putin bununla Paşinyana hansı mesajı verib?
Rusiya prezidenti Vladimir Putinin Ermənistanla bağlı açıqlaması ölkədə ciddi rezonans doğurub.
Publika.az xəbər verir ki, erməni polittexnoloq Armen Badalyan Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən görüşünü şərh edərkən bu barədə danışıb.
Onun sözlərinə görə, Moskvanın Ermənistandakı ən mühüm aktivi hərbi bazadır və Putin bu bazanı ölkədən çıxarmağa hazır olduğunu bildirirsə, bu, “sonadək getməyə hazır olduğu” anlamına gəlir.
Ekspertin sözlərinə görə, “Cənubi Qafqaz Dəmir Yolu”, “Qazprom Ermənistan” və digər şirkətlər Moskva üçün ikinci dərəcəli əhəmiyyət daşıyır. Rusiyanın Ermənistan ərazisindəki əsas strateji aktivi isə hərbi bazadır.
Badalyan hesab edir ki, Putinin hərbi bazanın Ermənistandan çıxarılmasının mümkünlüyünü dilə gətirməsi Paşinyana ciddi mesajdır:
“Putin "mən hərbi bazamı Ermənistan ərazisindən çıxarmağa hazıram" deyəndə, bu, sözün əsl mənasında "mən sonadək getməyə hazıram" deməkdir. Yəni o bildirir ki, Paşinyan onu heç bir məsələ ilə şantaj edə bilməz - nə Robert Köçəryanın həbsi, nə "Cənubi Qafqaz Dəmir Yolu" ətrafındakı mübahisə ilə, nə də pulla”.
Polittexnoloqun fikrincə, Putin bununla faktiki olaraq məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoyduğunu da nümayiş etdirib.
Badalyan iddia edir ki, Rusiya lideri artıq Ermənistanın və erməni xalqının gələcəyi ilə bağlı əvvəlki marağını göstərmir və bundan sonra yarana biləcək mənfi nəticələrin məsuliyyətini ölkənin hazırkı hakimiyyətinin üzərinə qoymağa hazırdır.
Müəllif: Adəm Abbaslı
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ


















.jpg)




.jpg)




.png)




