Region
Paşinyandan sensasion açıqlama: Putinlə razılaşdıq, məsələ həll olunmalıdır
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə mövcud vəziyyətin uzun müddət belə davam edə bilməyəcəyi barədə qarşılıqlı anlaşmanın əldə olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan bunu hökumətin iclasından sonra keçirilən brifinqdə Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti çərçivəsində Putinlə görüşünün nəticələrini şərh edərkən deyib.
“Bu və ya digər formada məsələnin həll edilməsinin zəruriliyi ilə razılaşdıq”, - Paşinyan qeyd edib.
O, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistan üçün Rusiya Dəmir Yollarının zəhərli olması barədə fikirlərinin reallığı əks etdirmədiyi ilə bağlı açıqlamasına da münasibət bildirib.
Paşinyanın sözlərinə görə, Overçukun açıqlaması bu məsələnin müzakirəsi zamanı yaranmış atmosferi əks etdirmir.
Ermənistanın baş naziri qeyd edib ki, həm İrəvanda, həm də Moskvada məsələnin yalnız hər iki tərəf üçün məqbul olan üçüncü tərəfə konsessiya hüququnun satılması yolu ilə həll edilə biləcəyi barədə anlayış var: “Açığı, düşünürəm ki, bu, ən yaxşı həll yoludur. Digər həllər mənə sadəcə real görünmür”.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Ermənistanın gələcəkdə Mehri regionundan keçəcək TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolunun, həmçinin Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolunun idarə etdiyi İrəvan-Gümrü xəttinin tranzit potensialından istifadə etməli olduğunu bildirmişdi.
Onun sözlərinə görə, beynəlxalq biznes nümayəndələri İrəvan-Gümrü marşrutunu problemli hesab edir və Rusiya şirkəti ilə işləmək istəmirlər. Paşinyan Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından sonra beynəlxalq tranzit imkanlarını əldən verməməsi üçün dəmir yollarının konsessiyasının Ermənistan və Rusiya üçün məqbul olan üçüncü tərəfə verilməsini təklif edib.
Məsələ ilə bağlı Moskvanın mövqeyi isə fərqlidir. Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyanın dəmir yolu konsessiyasının Ermənistana satılması ilə bağlı istəyinin təəccüb doğurduğunu bildirib. Rusiya XİN isə Ermənistan rəhbərliyinin ölkənin nəqliyyat sahəsindən “Rusiya amilini” çıxarmaq üçün Qərbin təzyiqi ilə üzləşdiyini ehtimal edib.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?

































