Rəsmi xronika
İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın uzun illərdir "Statoil" şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev "Statoil" şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğuladı.
"Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini dedi. "Statoil" şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğuladı.
Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü












.jpg)






















