Rəsmi xronika
İlham Əliyevlə İtaliyanın iqtisadi inkişaf nazirinin müavini görüşdü
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.
Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirdi, səfərin məhsuldar olacağına əminliyini ifadə etdi. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını dedi. İtaliya şirkəti tərəfindən inşa olunan “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlətimizin başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirdi. O, dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu dedi. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğuladı.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)


.jpg)
















.jpg)

