Rəsmi xronika
GUAM-ın Baş katibi İlham Əliyevi təbrik etdi
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Publika.az xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri,
Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından təbrik edirəm.
Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.
Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.
Biz bu Qələbəni həm də ədalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnanırıq ki, bu Qələbə nəticəsində əldə olunmuş müsbət irəliləyişlər sülh və etimad mühitinin formalaşdırılması prosesində yeni dinamika yaradacaq. Bu da öz növbəsində bölgədəki hərbi qarşıdurmaların həllinə töhfə verəcək.
Sizi xüsusilə strateji baxışınız və səbrinizə əsaslanan rəhbərliyiniz sayəsində xalqınızın iradəsini səfərbər və onun birliyini təmin etməklə qazandığınız bu tarixi Qələbə münasibətilə təbrik edirəm.
Biz dörd dost ölkə və strateji tərəfdaşlardan ibarət regional təşkilat kimi regionda sülhün, sabitliyin, davamlı inkişafın möhkəmləndirilməsi prosesini dəstəkləməyə və ona töhfə verməyə hazır olduğumuzu bildiririk.
Bu əlamətdar bayram münasibətilə Sizə ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında, habelə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında yeni-yeni uğurlar, daha böyük qələbələr arzulayırıq. Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyirik".
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

