Rəsmi xronika
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb.
Publika.az-ın xəbərinə görə, fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq ediləcək (əlavə olunur).
Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.
Nazirlər Kabinetinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılması, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək və Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsini və həmin İdarə fəaliyyətə başlayanadək tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini, habelə icazələrin verilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etməlidir.
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama









.jpg)

























.jpg)


