Rəsmi xronika
MOK-un Tokio-2020-də uğur qazanan idmançılara verəcəyi mükafatın məbləği müəyyənləşdi
Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev "Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır







.jpg)




























