Rəsmi xronika
Prezident və xanımı İmarət kompleksində - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Publika.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.
Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN














.jpg)






















