Rəsmi xronika
İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Publika.az xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirildi. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edildi.
Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Sonda Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim etdi.
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU
-
Hadisə4 Dekabr 20:24Azərbaycanda vəkil məhkəmədə DÖYÜLDÜ
-
Magazin24 Dekabr 18:48Cenifer Lopez ona həsr etdiyi xatirə döyməsini də SİLDİRDİ




































