Rəsmi xronika
Prezidentdən FƏRMAN: Bu nazirliyin strukturunda dəyişiklik edildi
Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Nazirliyin aparat işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair), ikili tabelikdə olan yerli orqanların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etməsi ilə bağlı bənd Əsasnamədən çıxarılıb.
Fərmanla Gənclər və İdman Nazirliyinin strukturu bu cür verilir:
Gənclər və İdman Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyinin regional idarələri.
Digər bir Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik olub. Bundan sonra Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək yerli icra hakimiyyəti başçılarının səlahiyyətinə daxil olmayacaq.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































