Rəsmi xronika
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Publika.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.
Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!".
-
Region21 İyun 23:40
Türkiyədə güclü meşə yanğını: tüstüdən zəhərlənənlər var
-
Hadisə21 İyun 23:00
Şimşək, leysan, sel: Rayonlarda hazırkı vəziyyəti əks etdirən görüntülər - VİDEO
-
Ekologiya21 İyun 22:12
Dərhal həmin ərazini tərk edin! - Əhaliyə sellə bağlı XƏBƏRDARLIQ
-
Elm və təhsil21 İyun 20:30
Sertifikasiya imtahanında maksimum nəticə göstərən 13 riyaziyyat müəllimi - ADLAR/FOTOLAR
-
Magazin121 İyun 19:40
Yəhudi əsilli iş adamı azərbaycanlı müğənniyə evlilik təklifi etdi - FOTO
-
Hadisə21 İyun 19:00
Güclü külək onun ölümünə səbəb oldu: 21 yaşlı Rəvanın FOTOSU - YENİLƏNDİ
-
Dünya21 İyun 18:42
Belarus XİN Ermənistana etiraz notası göndərdi
-
Cənubi Qafqaz21 İyun 17:45
Sarkisyanla əlaqəli şəxslərin əmlakı müsadirə edilir