Rəsmi xronika
Prezidentdən Milli Elmlər Akademiyası ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.
Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO












.jpg)








.jpg)














