Rəsmi xronika
İlham Əliyev və Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
Publika.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib.
Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb.
2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
-
Magazin102:18Azərbaycanda xanəndə dünyasını dəyişdi - Foto
-
Qoroskop01:40Günün ukduz falı: gələcək planlarınızı gözdən keçirin
-
İnanc00:11Azərbaycanda Məhərrəm ayı başladı
-
Avropa15 İyun 23:00Aİ və Ukrayna üzvlük danışıqlarına başladı
-
Kriminal15 İyun 21:39Bakıda kişi qızının ad günündə keçmiş həyat yoldaşı və qayınanasını öldürdü - Təfərrüat
-
Dünya15 İyun 20:32ABŞ-İran memorandumu imzalandı
-
Sosial15 İyun 20:18Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
-
Kriminal15 İyun 19:51Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Dəhşətli qətlin təfərrüatı





































