İdman
Məşhur futbolçuya 8,5 il həbs cəzası verildi
Valensiya məhkəməsi “Sevilya”nın hücumçusu Rafa Miri səkkiz il yarım müddətinə azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Cinsi təcavüzdə ittiham olunan futbolçunun məhkəməsi mayın 28-də baş tutub.
Hələlik qüvvəyə minməmiş hökmdə zərərçəkən tərəfə 64 min avro təzminat ödənilməsi də nəzərdə tutulur.
İkinci təqsirləndirilən şəxs, eyni zamanda o da futbolçudur, iki il cinsi təcavüzə görə və əxlaq əleyhinə cinayət və xırda xuliqanlığa görə altı ay olmaqla iki il yarım həbs cəzası alıb. O, həmçinin 6280 avro təzminat ödəyəcək.
2024-cü ilin sentyabr ayının əvvəlində Mir iki qadına – 21 yaşlı Andrea və 25 yaşlı Karlaya qarşı cinsi təcavüz şübhəsi ilə həbs edilib. Zərərçəkənlərdən birinin ifadəsinə görə, hadisə idmançının evində keçirilən şəxsi məclis zamanı baş verib. Qadınlar Rafa ilə gecə klubunda görüşdükdən sonra ora gediblər.
Mir 2021-ci ildə 16 milyon avroya “Vulverhempton”dan “Sevilya”ya keçib . O, 2024/25 mövsümündə “Valensiya”da icarə əsasında oynayıb. 28 yaşlı hücumçu ötən mövsümü “Elçe”də icarə əsasında keçirib və 29 matçda 8 qol vurub.
-
Rəsmi xronika16:33İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNDİ
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək












.jpg)

.jpg)


.jpg)


.jpg)






.jpg)








