Rəsmi xronika
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.
Publika.az xəbər verir ki, söhbət zamanı İSESKO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Səlim bin Məhəmməd əl-Malik Şuşa şəhərinin gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını qeyd etdi.
Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri yüksək qiymətləndirildi.
Dövlətimizin başçısı mədəniyyətimizin təşviqinə verdiyi dəstəyə İSESKO-nun Baş direktoruna təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev dedi: Bir daha sizə Azərbaycana göstərdiyiniz dəstəyə, mədəniyyətimizin, azad edilmiş bölgələrimizin mədəniyyətinin təşviqinə görə minnətdarlığımı bildirirəm. Bir təşkilat olaraq İSESKO Qarabağa ilk səfərlərdən birini həyata keçirib, siz isə orada olmuş ilk əcnəbi vətəndaşlardansınız. Siz bununla həmrəylik nümayiş etdirdiniz, habelə bu ərazilərdə nələrin dağıdıldığı barədə məlumat verərək səsinizi ucaltdınız. Biz bunu heç zaman unutmayacağıq.
Sizin rəhbərliyinizlə Şuşanın İSESKO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarı hər bir azərbaycanlını qəlbən fərəhləndirdi. Cıdır düzündə sizin də iştirakınızla keçirilmiş tədbirdə unudulmaz ab-havanın şahidi oldunuz. Bu, xoşbəxtliyin, qürurun və geri dönüşün vəhdəti idi.
Bütün bunları nəzərə alaraq, mən sizin Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməyiniz haqqında Sərəncam imzaladım. İcazənizlə onu sizə təqdim etmək istəyirəm. Təbrik edirəm.
Səlim bin Məhəmməd əl-Malik dedi: Zati-aliləri, çox təşəkkür edirəm. Mən bu ordeni dərin minnətdarlıq hissi ilə qəbul edirəm. Bu, yalnız şəxsən mənim deyil, mənimlə birlikdə çalışan və fəaliyyətimdə mənə dəstək olan hər kəsin əməyinə verilən qiymətdir. Həmin insanlar biliyin irəliyə aparılması, mədəniyyətin qorunması və sülhün bərqərar edilməsi istiqamətində əllərindən gələni edənlərdir. Mən bu ordeni bir simvol olaraq hər zaman xatırlayacam və əminəm ki, mənimlə yanaşı bu ordenlə ailəm, həmkarlarım və dövlətim də fəxr edəcək. Zati-aliləri, bir daha təşəkkür edirəm.
Görüşdə Azərbaycan ilə İSESKO arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, bunun gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirildi.
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu























.jpg)














