İdman
"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.
Publika.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.
Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.
xxx
20:29
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 2:0.
Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.
xxx
20:20
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.
Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.
53-cü dəqiqədə Veliko Simiç fərqlənib.
xxx
20:03
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ikinci hissəyə start verilib.
Publika.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
xxx
19:46
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
xxx
19:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.
Publika.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
İdman20:00Azərbaycan Lixtenşteynə qarşı - CANLI / YENİLƏNİR
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
















.jpg)
















.jpg)

