Rəsmi xronika
Prezident onları qəbul etdi - Fotolar/Yeniləndi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına və Azərbaycan xalqına çatdırdı.
Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.
Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.
Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələr arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulandı.
Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirdi.
Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini dedi.
Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda "Masdar" şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.
Publika.az xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
-
ABŞ22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin119:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı: 20 yol keçilməz oldu
-
Sosial17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
-
Hadisə17:15Azərbaycanda zəlzələ oldu
















.jpg)


.jpg)


.jpg)








.jpg)


