Rəsmi xronika
Azərbaycana qarşı bunu edən ölkələr cəzasız qalmamalıdır - İlham Əliyev
Azərbaycana qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır:
"İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir".
Prezident əlavə edib ki, eyni zamanda, Azərbaycana qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır:
"Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik".
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ















.jpg)



.jpg)
















