Rəsmi xronika
Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
Prezident İlham Əliyev Cinayət Məcəlləsində edilən bir sıra dəyişiklikləri təsdiqləyib.
Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək.
Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası isə olduğu kimi saxlanılır.
Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.
Əvvəlki qanunvericiliyə görə isə "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü.
Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































