Rəsmi xronika
Berdiməhəmmədov İlham Əliyevi təbrik etdi
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub.
Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə Sizin ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu







.png)








.png)
.jpg)



















