Rəsmi xronika
Lev Spivak İlham Əliyevi təbrik etdi
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti Lev Spivak Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası dövlət quruculuğunda, iqtisadi inkişafda və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanıb. Ölkənin tərəqqisinə və xalqın rifahına yönəlmiş çoxşaxəli səyləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda dərin hörmət qazandırıb.
Siz Müzəffər Ali Baş Komandan kimi müasir tarixdə və milyonlarla insanın qəlbində xüsusi yer tutursunuz. Strateji komandanlığınızla 44 günlük Vətən müharibəsində tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu möhtəşəm qələbə yenilməz ruhun, milli birliyin və beynəlxalq hüququn təntənəsinin simvoluna çevrilib, adınızı xilaskar Lider kimi tarix salnaməsinə əbədi olaraq həkk edib.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və ölkənizin əmin-amanlığı, tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram".
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti Lev Spivak
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu







.png)








.png)
.jpg)



















