Rəsmi xronika
Slovakiya Prezidenti Azərbaycan liderini təbrik etdi
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Əziz dost.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində şəxsi xidmətlərinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, münasibətlərimiz ən yüksək səviyyədədir və bunu Slovakiyaya bu yaxınlarda etdiyiniz ilk rəsmi səfər də əyani şəkildə nümayiş etdirdi. Bu səfər qarşılıqlı anlaşmamızın dərinləşməsinə əhəmiyyətli dərəcədə töhfə vermiş və ortaq maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasına rəsmi səfər etməyim üçün xoş dəvətinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm, bu dəvəti məmnuniyyətlə qəbul etdim. Gələn il gözəl ölkənizə yenidən səfər etmək şərəfinə nail olacağımı, bu dəfə rəsmi olaraq səfər edəcəyimi və əməkdaşlığımızın daha da dərinləşdirilməsi ilə bağlı dialoqumuzu davam etdirəcəyimizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri cənab Prezident, Sizə səmimi- qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bol enerji arzulayıram. Qoy ailənizlə, xüsusən də doqquz nəvənizlə birlikdə sevinc dolu anlar yaşayasınız, onlar Sizə, şübhəsiz ki, əvəzsiz sevincli anlar bəxş edirlər. Ölkənizə xidmət etməkdə və Azərbaycan xalqına sülh və firavanlıq gətirməkdə Sizə davamlı uğurlar arzulayıram.
Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm. 2026-cı ildə Sizə ən xoş arzularımı çatdırıram".
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf














.jpg)






















