Rəsmi xronika
Prezident Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - Yeniləndi
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Publika.az xəbər verir ki, dövlət başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verilib.
Bildirilib ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.
Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.
Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.
Sonra dövlət başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı















.png)



















