Rəsmi xronika
Səidə Mirziyoyeva İlham Əliyevi təbrik etdi
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərini təbrik edib.
Publika.az xəbər verir ki, ölkə rəsmisi mükafatın münsiflər heyətində iştirak və qalibləri təbrik etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
Özbəkistan PA rəhbərinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh razılaşması uzun illər davam edən mürəkkəb münaqişələrin belə həll edilə biləcəyini açıq şəkildə nümayiş etdirib.
Səidə Mirziyoyevanın fikrincə, həm sülh, həm də qızların təhsil hüquqları cəmiyyətlərin sabitliyi və inkişafı ilə sıx bağlı olan mühüm dəyərlərdir.
Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.
Mükafatlar bu il fevral ayının 4-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)




















