Rəsmi xronika
Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi - YENİLƏNDİ
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.
Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.
Dövlətimizin başçısı İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.
Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.
Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.
***
14:32
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
14:20
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?


















.jpg)

.jpg)

.jpg)




















