Arıqlamaq istəyənlər üçün: duzun faydası
Bizi izləyin

Sağlamlıq

Arıqlamaq istəyənlər üçün: duzun faydası

Bədəndə su saxladığı üçün idmanla məşğul olanlar duzun zərərli olduğunu düşünürlər.

Bədəndə su saxladığı üçün idmanla məşğul olanlar duzun zərərli olduğunu düşünürlər.

Bu, yanlış fikirdir. Duz orqanizm üçün olduqca faydalı vasitədir. Məşqçi Ceyhun Vəliyev onun orqanizmə xeyrindən danışır:

“Duz orqanizmdə su səviyyəsini qoruyan vasitədir. Hamıya məlumdur ki, bədənimizin 70 faizi sudan ibarətdir. Bədəndəki su ehtiyatının hətta 2 faizini itirəndə özümüzü yorğun hiss edirik. 10 faizini itirmək isə ölüm riskinə bərabərdir. Buna görə də duzun orqanizmə çox faydalı olduğunu anlamaq lazımdır. Duz, əsasən, qandakı su miqdarını qorumaq funksiyasını yerinə yetirir və böyrəyin nə qədər su ifraz etdiyini, özündə nə qədər saxladığını müəyyənləşdirir. Bəzi xarici sağlamlıq institutlarında və xəstəxanalarda aparılan araşdırmalarda çox duz yeməyin insan orqanizminə zərər verdiyi müəyyənləşdirilib. Həddindən artıq duzlu yeməyin təzyiq xəsətlərinə ziyan olduğu doğrudur. Lakin bu araşdırmalar zamanı idmanla məşğul olanlar nəzərə alınmayıb”.

“FİTNESLƏ MƏŞĞUL OLANLARA DUZ MÜTLƏQDİR”

“Fitneslə məşğul olduqdan sonra bədəndəki duzun miqdarı azalır. Araşdırmalar sübut edib ki, bədəndə duz azaldığı zaman insulinin miqdarı da azallmağa başlayır. İnsulin azalanda karbohidrat qəbulu zamanı orqanizm daha çox insulin buraxmaqda əziyyət çəkir.Tez zamanda formaya düşməyimiz üçün lazım olan amin turşularını və əlavə güc almağımız üçün istifadə etdiyimiz kreatini əzələyə çatdırmaqda insulin karbohidratının böyük rolu var. Duzdan az istifadə olunanda bədən bu prosesi həyata keçirməkdə əziyyət çəkir. Beləliklə, məşqdən sonra bədənin bərpası ləngiyir. Az duz qəbul etmək hərəkətsiz insanlar üçün yararlıdır. idmanla məşğul olanda isə duz tər yolu ilə çıxır. Bu, arıqlamaq üçün qaçış lentindən və ya velo trenajordan istifadə edənlərdə özünü daha çox göstərir. Eyni zamanda məşq zamanı əzələnin yığılıb bükülməsində də duz əsas rol oynayır. Yetəri qədər duz qəbul etmədikdə əzələ ləng böyüyür və onun dayanıqlılığı aşağı düşür. Duz az qəbul ediləndə məşq vaxtı bədəndə sudurğaların artması müşahidə olunur. Bu vasitə ilə orqanizmdə duzun az olduğunu müəyyənləşdirmək mümkündür. Gündəlik duz miqdarı 2-3 qramdır. İdman edənlərdə isə bu bir qədər çoxdur. Gün ərzində qəbul edilən duzun miqdarını hesablamaq çətin olsa da, həm idman edənlər, həm də etməyənlər bilməlidirlər ki, normadan artıq duz qəbul edəndə böyrəklər idrar yolu ilə duzu bədəndən çıxarır”. /Axşam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm