Əncirin İNANILMAZ FAYDALARI
Bizi izləyin

Sağlamlıq

Əncirin İNANILMAZ FAYDALARI

Uşaqların hər səhər əncir yeməsi həkimlər tərəfindən də məsləhət görülür.

Hər kəsin sevdiyi əncir orqanizmə düşündüyümüzdən daha çox faydalıdır. Belə ki 100 q əncirin tərkibində olan qida dəyərləri,həzm prosesini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir.

Publika.az sizi əncirin bilmədiyiniz xüsusiyyətləri ilə tanış edir.

Baş ağrılarını kəsir və mədə-bağırsaq sisteminin formalaşmasına kömək edir. Eyni zamanda, qadınlarda və kişilərdə cinsi problemləri aradan qaldırır. Şəxsi həyatda, intim münasibətlərin normallaşmasa kömək edir.

Ürək damar sistemində yarana biləcək problemlərin qarşısını alır. Ənciri həm də pəhriz qidası olaraq istifadə edirlər. Arıqlamaq üçün qurudulmuş əncir yeməyiniz məsləhətdir.

Qanda şəkərin miqdarının tənzimləyir. A,C,D və B12 vitaminləri ilə zəngin olan əncir sümüklərin bərkiməsinə çox yaxşı təsir göstərir. Uşaqların hər səhər əncir yeməsi həkimlər tərəfindən də məsləhət görülür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm