Sağlamlıq
Alimlər açıqladı: “40 yaşından sonra...” - VİDEO
Əminik ki, əgər sizə daha az işləməyi təklif etsəydilər, tərəddüdsüz qəbul edərdiniz. Bunu elmi tədqiqatlar da bir daha sübut edir.
Publika.az xəbər verir ki, Avstraliya alimlərinin dərc etdiyi araşdırmada məlum olub ki, 40 yaşdan yuxarı işçilər həftədə 3 dəfə işləyəndə daha məhsuldar nəticələr göstərir. Bu barədə məlumatı “The Soul Hearty” yayıb.
Melburn İqtisadi və Sosial Araşdırmalar İnstitutu sınaqda iştirak etmək üçün 3500 qadın və 3000 kişi dəvət edib. Alimlər araşdırmada ailə strukturunu, məşğulluq növü, rifah, həyat keyfiyyətini nəzərə alıb.
Tədqiqatlar sübut edib ki, həftədə orta hesabla 25 saat çalışan insanlar daha səylə işlədiyi üçün yüksək göstəricilərə malikdir. Lakin iş həftəsi böyük olanda, yorğunluq və stressdən dolayı məhsuldarlıq aşağı düşür.
Alimlərinin sözlərinə görə, işinizi sevib-sevmədiyinizdən asılı olmayaraq, bir anda siz yorulmağa başlaya bilərsiniz. Tükənmə sindromunun qarşısını almaq üçün bu məqamlara diqqət yetirin:
Alkoqola aludəçilik;
Daha çox işləyirsiniz, amma nəticələr təsirləndirmir;
Daimi yorğunluq;
Kədər hissi və ya depressiya;
İş saatından əlavə çalışmaq;
Gözlərdə və bədəndə ağrı;
Ailə və sosial həyat problemləri.
Bəzi ölkələr artıq bu məsələni nəzarəti altına alıb. Məsələn, Fransada qeyri-iş saatlarında öz əməkdaşlarına elektron məktub göndərmək qadağan edilib. Digər inkişaf etmiş ölkələrdə 4 günlük iş həftəsi tətbiq edilir.
Əgər siz çox işləyirsiniz və fəaliyyət sahəsini dəyişdirə bilmirsinizsə, bunu dostlar ilə yaxşı münasibətlər və ya hobbi ilə kompensasiya etməyə çalışın, həyatın digər sahələrini müsbət emosiyalarla və pozitivlə doldurun.
Aytən Məftun,
Video: Sevinc Xanqızı
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
























.jpg)







.jpg)

.jpg)