Sağlamlıq
Məşhur həkimdən bu dərmanla bağlı VACİB AÇIQLAMA
Həkim Komarovskinin dediyinə görə “Validol” həblərinin effekti nanəli konfetin təsiri ilə müqayisə olunur.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış həkim, ukraynalı pediatr, Rusiya və Ukraynada 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı -Yevgeni Komarovski xalq arasında istifadəsi geniş yayılan “Validol” haqqında vacib açıqlamalar verib:
“ “Validol” “Valerian” mentolunun aktiv qoxulu maddəsidir, yeganə terapevtik təsiri ağzı təravətləndirməsidir. Yəni “Validol“un ən azı bir şeyi müalicə edə biləcəyini sübut edən araşdırma yoxdur. Dərman haqqında tədqiqatlar ötən əsrin 70-ci illərində başa çatıb. Yəni “Validol”un təsiri məsələn, nanəli konfetin və ya öskürək əleyhinə dərmanların effekti ilə eynidir. Bir sözlə - heç bir təsiri yoxdur. Eyni zamanda tamamilə zərərsizdir.
“Validol”dan istifadə riski fərqlidir: ürək ağrıları olan nənəniz və ya babanız adekvat yardım almaq əvəzinə “Validol” içir. Belə olan halda infarkt riski yüksəlir.
Odur ki, nənənizin və ya yaxınlarınızın ürəyi ağrıyırsa, diaqnoz qoyulması üçün həkimə aparın. “Validol”un sivil müalicə ilə heç bir əlaqəsi yoxdur.
Ancaq sağalmaq ümidi ilə “Validol” atan qohumlarınız dəyərli həyatını və sağlamlığını riskə ataraq normal müalicə almır. Odur ki, onu zibil qutusuna nə qədər tez atsanız, hər kəs üçün bir o qədər yaxşı olar”.
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan





































