Sağlamlıq
Alimlər pəhriz barədə rəvayətləri alt-üst etdilər
Baka Yaşlanma Tədqiqatları İnstitutunun (ABŞ) alimləri pəhrizin sağlamlıq və ömrü uzatmaq üçün universal yol olduğu barədə məşhur teoremi təkzib edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma müəlliflərinin məqaləsi “Current Biology” jurnalında dərc edilib.
Tədqiqatçılar 160 fərqli meyvə həşəratının genomunu təhlil edib, ümumilikdə təcrübəyə 50 min böcək cəlb edilib. Orqanizmdə kalori qəbulunun məhdudlaşdırılması orta hesabla ömrü artırsa da, xətlərin yalnız yarısına ciddi müsbət təsir göstərib. Xətlərin 13 faizindəki böcəklər daha enerjili olub və daha əvvəl ölüb, 5 faiz daha uzun yaşayıb, amma sağlamlıqları zəifləyib və 32 faizində nəzərə çarpan dəyişiklik olmayıb.
Alimlərin fikrincə, nəticələr qida məhdudiyyətinin əvvəllər düşünüldüyü kimi təsir etmədiyini göstərir. Bəzi insanların pəhriz sayəsində daha uzun yaşamaları mümkündür, digərləri isə yaşa bağlı xəstəliklərdən daha tez əziyyət çəkəcək. Bu, müxtəlif amillərə təsir edən genetik fondan asılıdır. Bu yalnız pəhrizlərə deyil, dərmanlara da aiddir. Faktorun orqanizmə təsirini öncədən təxmin etmək üçün konkret müdaxilə reaksiyası vasitəsilə xüsusi biomarkerlər müəyyən etmək olar.
Aytən Məftun
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...



































