Sağlamlıq
Bu vitamin koronavirusdan qoruyur - Tədqiqat başladı
Video əlavə olunub.
xxx
Hollandiyalı alimlər K vitamininin koronavirus müalicəsində effektiv olması barədə elmi tədqiqat aparıb.
Publika.az xəbər verir ki, Canisius Wilhelmina xəstəxanasında koronavirus ağırlaşması ilə daxil olan və vəfat edən pasiyentlərdə daha çox bu vitamin defisiti aşkar olunub.
Alimlər K vitamininin hansı metodla koronavirusa üstün gələ biləcəyini açıqlayıb.
Belə ki, COVID virusu qanın laxtalanmasını pozur, tromb yaradır və ağciyərlərin elastik liflərinin deqradasiyasına səbəb olur.
Məhz K vitamini elə bir zülal sintezində tol oynayır ki, o qanın laxtalanmasını tənzimləyir və ağciyərləri qoruyur.
Bu vitamin qida ilə orqanizmə daxil olur və həzm sistemi tərəfindən vitaminə çevrilir.
Holland alimləri bu iddialarının təsdiqlənməsi üçün kliniki tədqiqatlara başlamaq fikrindədir.
Doktor Rob Yansen bildirib ki, vitamin K ilə koronavirusun profilaktikası və müalicəsi uğurlu ola bilər. Bu vitamin yalnız qanın laxtalanmasına qarşı varfarin kimi dərmanları qəbul edənlərə məlsəhət deyil. Qalan hər kəs üçün vacibdir.
“Məsləhətimiz odur ki, pandemiya dövründə hər kəs bu vitamin əlavələrini qəbul etsin. Bu vitamin sizin damarlarınız,sümükləriniz üçün vacibdir”.
Qeyd edək ki, K vitamini ispanaq, brokoli, giləmeyvələr, yaşıl tərəvəzlər, holland pendirində çoxdur. / Medicina
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO

















.jpg)



.jpg)
















