Sağlamlıq
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
Uzunömürlülüyə meylli insanlar koronavirusla əlaqəli risklərə az həssas olurlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Edinburq Universiteti və “Gero” biotexnologiya şirkəti araşdırma aparıb. Bildirilib ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar eyni vaxtda COVID-19-un daha yüngül gedişatına səbəb olur.
“Gero” şirkətinin qurucusu Pyotr Fediçevin sözlərinə görə, uzunömürlü insanlar (və onların övladları) xroniki xəstəliklərdən əhalinin orta səviyyəsindən daha az əziyyət çəkir. O hesab edir ki, bu genetik mexanizm ehtimal ki, koronavirus və digər təhlükəli infeksiyalarla mübarizə apara bilər.
Əlavə tədqiqatlar təsdiq edib ki, COVID-19-dan, hətta digər ağır xəstəliklərdən ölüm riski insanın bioloji yaşından asılıdır. Bu baxımdan mövsümi infeksiyalara və koronavirusa qarşı profilaktik tədbirlərə əlavə olaraq yaşlanma əleyhinə dərmanların istifadəsi tövsiyə olunur.
Aytən Məftun
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















