Sağlamlıq
Qazanılmış immunitet strategiyasının təhlükəsi sübut olundu - ARAŞDIRMA
Peyvənd çıxana qədər qazanılmış immunitet strategiyasının virusla mübarizədə tətbiq olunmasının yalnışlığı daha bir elmi tədqiqatla sübut olunub.
Bu fikirləri Publika.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O xatırladıb ki, bu strategiyanın virusa qalib gələcəyini COVID-19 meydana çıxan günlərdə ilk elan edən ölkələrdən biri Böyük Britaniya və İsveç olub: “Amerika da müəyyən müddət ərzində bu strategiyaya üstünlük verib. Sonradan isə müxtəlif elmi institutların təqdim etdikləri model əsasında Böyük Britaniya öz strategiyasını tamamilə dəyişdi. Amerikanın isə müxtəlif regionlarında dəyişilsə də, bəzi yerlərdə dəyişmək mümkün olmadı”.
Azərbaycanlı alim bildirib ki, son günlər elmi ədəbiyyata daxil olan və dünyanın ən nüfuzlu elmi jurnallarından birində dərc olunan elmi tədqiqatda 330 milyonluq populyasiyada virusun öldürücülük faizi 0,5% götürülərək qazanılmış immunitet strategiyası əsasında yoluxmalar hesablanıb.
Onun sözlərinə görə, hesablamalarda qazanılmış immunitet strategiyası əhalinin 60%-də virusa qarşı immunitet yarandıqda uğurlu hesab edilib: “Tədqiqatın nəticələri isə bir daha bu strategiyanın uğursuz olduğunu sübut edir. Hətta 990.000 ölüm sayı isə bu strategiyanın nə qədər təhlükəli olduğunu göstərir. Ölkəmizdə də bu tədqiqat nəzərə alınmalıdır və hamı bilməlidir ki, heç bir tədbirlər görülmədən, eləcə də qaydalara əməl etmədən virusun adi bir virus olduğunu zənn etmək və insanların yoluxduqdan sonra onsuz da tez bir müddətdə sağalacaqlarını düşünməsi düzgün yanaşma deyil. Bu, virusla düzgün mübarizə üsulu deyil. Çünki o zaman ölüm saylarının maksimum olması və səhiyyə sisteminin dekompensə olması təhlükəsi böyükdür. Nəticədə isə yüngül xəstələrə də tibbi xidmətin keyfiyyəti azala bilər ki, bu da öz növbəsində birbaşa ölüm hallarının sayını artıra bilər”.
“Azərbaycanda bu gün virusla bağlı deyilənlərə cəmiyyətdə tam əməl olunmaması bizə onu deməyə əsas verir ki, insanlar təbii üsulla qazanılmış immunitet istiqamətinə gedir. Bu səbəbdən də təcili şəkildə xalq arasında bunun çox təhlükəli olduğuna dair maarifləndirmə işlərinə başlanmalıdır”, deyə N.Abdullayev əlavə edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































