Saç tökülməsinə səbəb olan postkoronavirus sindromu nədir?
Bizi izləyin

Sağlamlıq

Saç tökülməsinə səbəb olan postkoronavirus sindromu nədir?

Bir çoxları üçün koronavirus bədəndə iz qoymadan keçmir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun mütəxəssisləri danışıb. Tibbdə “postkoronavirus sindromu” anlayışı artıq hamıya məlumdur. Bir qayda olaraq, bədənin müxtəlif sistem və orqanlarına təsir edən ağırlaşmaları əhatə edir. Bununla birlikdə, COVID-19-un daha xoşagəlməz nəticələri də var ki, virusa yoluxanlar üçün həqiqətən ağrılıdır. Bəzi hallarda xəstəliyin bu cür əks-sədası ciddi sağlamlıq probleminə çevrilə bilər, bu halda mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında həkimə müraciət etmək lazımdır.

Postkoronavirus sindromunun ən çox görülən təzahürləri və səbəbləri barədə Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor Natalya Pşeniçnaya məlumat verib.

Temperatur

“Koronavirus infeksiyası keçirən bəzi xəstələrdə postkoronavirus sindromu inkişaf edir. Üstəlik, bu, yalnız ağır COVID-19 xəstələrində deyil, infeksiyanı nisbətən yüngül keçirmiş xəstələrdə də ola bilər. Çox vaxt postkoronavirus sindromunun aşağıdakı fəsadları üzə çıxır:

- uzun müddət davam edən öskürək, təngənəfəslik və yorğunluq;

- idrak pozğunluğu: yaddaşın azalması;

- ürək-damar sistemində problemlər: ürək döyüntüsü (taxikardiya) və qan təzyiqi artımı.

Bir sıra xəstələr sinədə yanma hissi, baş ağrısı, əzələ ağrıları və başgicəllənmədən şikayət edirlər. Bəzi insanların temperaturu daima 37 - 37,5 səviyyəsində qalır”.

İybilmə duyğusu niyə itir?

“Koronavirus infeksiyasının ən çox görülən ağırlaşmalarından biri də iybilmə hissinin pozulmasıdır (anosmiya). Müxtəlif araşdırmalara görə, bu, xəstələrin 80 faizində baş verir. Xəstələrin 50 faizdən çoxu dadbilmənin itirilməsindən və ya azalmasından şikayətlənir”, - professor qeyd edib.

Mütəxəssis bildirib ki, dad və iybilmə duyğusunun itməsi hüceyrələrin zədələnməsi ilə əlaqədardır. Bu hüceyrələr qoxu və iybilmə duyğusundan məsul olan həssas neyronları əhatə edir.

Seçenov Universitetinin Qulaq, Boğaz və Burun Xəstəlikləri Klinikasının direktoru Valeri Svistuşkinin sözlərinə görə, koronavirusdan sonra insanların təxminən 5-10 faizi altı ay ərzində iybilmə hissini bərpa etmir. Belə hallarda bir insanın iybilmə hissini sonsuza qədər itirmə ehtimalı da var.

Ən ağrılı fəsad: Saç tökülməsi

Sonsuz öskürək və davamlı yorğunluq koronavirusun saç tökülməsi kimi təsirləri fonunda əhəmiyyətsiz görünə bilər. Hər halda qadınlar üçün bu, həqiqətən bir faciə ola bilər.

“COVID-19-dan əziyyət çəkdikdən sonra tez-tez alopesiyaya (saç tökülməsi) rast gəlinir, çünki saç tökülməsi bədənimizin vəziyyəti ilə birbaşa əlaqəlidir. Koronavirus infeksiyası bədənin saç kökləri üçün lazım olan qaynaqlarını sarsıdır. Bədən bütün gücünü həyati funksiyalarını qorumağa yönləndirdiyi üçün içərisindəki proseslər pozulur, orqan və toxumalarda hipoksiya (oksigen açlığı) meydana gəlir. Bundan əlavə, COVID-19 damarların daxili qatına ziyan vurur. Bütün bunlar saç köklərində qan axınının pozulmasına səbəb ola bilər ki, bu da həddindən artıq saç tökülməsinə gətirib çıxarır. Saç tökülməsi ümumiyyətlə baş dərisi boyunca bərabər şəkildə baş verir, lakin bəzi nahiyələrdə vəziyyət daha ağır və ya daha açıq ola bilər”, - professor qeyd edib.

Nəticə

Ciddi sağlamlıq problemlərindən qaçmaq üçün koronavirus infeksiyasından sonra ortaya çıxan xoşagəlməz simptomları aradan qaldırmağın düzgün üsulu həkimə müraciət etməkdir. Xüsusilə kəskin saç tökülməsi varsa, trixoloqa müraciət etmək məsləhətdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm