Sağlamlıq
COVID-19-dan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR
Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Lancet Psychiatry” elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonra əsəb və ya zehni xəstəlikdən əziyyət çəkir. Tədqiqatda 236 min xəstə iştirak edib. Mütəxəssislər COVID-19 xəstələrinin ilk infeksiya diaqnozu qoyulduqdan altı ay sonra 14 fərqli sinir və ya zehni xəstəliyi olub-olmadığını yoxlayıb.
Məlum olub ki, koronavirusun fəsadları qrip və ya digər tənəffüs yolları xəstəliklərindən daha çoxdur. Qeyd edilib ki, COVID-19 xəstələri arasında beyin problemləri geniş yayılıb. Ən çox görülən əsəb və ya zehni xəstəliklər, narahatlıq, affektiv pozğunluqlar olub. Alimlərin sözlərinə görə, xəstələrin 13 faizinə zehni və ya əsəb xəstəlikləri ilə əlaqəli diaqnozlar ilk dəfə qoyulub.
Statistikalara görə, 2020-ci ildə psixoloji dəstəyə və psixoloqların xidmətinə tələb artıb.
Aytən Məftun
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)











