Sağlamlıq
Bu şəxslərdə iflic riski daha yüksəkdir - XƏBƏRDARLIQ
Günün böyük bir qismini oturaraq keçirən adamlarda iflic riski daha yüksəkdir.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Amerika Ürək Dərnəyinin “Stroke” çıxan elmi məqaləsində bildirilir.
Qeyd edilir ki, ümumilikdə 143 min adamın sağlıq məlumatları araşdırılıb. 40 yaşdan yuxarı və iflic keçmişi olmayan iştirakçılar təxminən 9 il 4 ay müşahidə altında olublar.
Araşdırmada gündə 8 saat və ya daha çox oturub hərəkətsiz qalan şəxslərin 4 saatdan az oturub hər gün ən az 10 dəqiqə məşq edənlərlə müqayisədə iflic olma riskinin 7 qat artıq olduğu ortaya çıxıb.
Araşdırmanı qələmə alan Kanadadakı McMaster Universitetinin müəllimi Read Joundi sözügedən mövzu ilə bağlı deyib:
"Oturaraq keçirilən zamanın glikoza, lipid maddələr mübadiləsi ilə qan axışı pozulduğu və bədəndəki iltihabı artırdığı təxmin edilir. Bu dəyişikliklər zamanla damarlar üzərində mənfi təsir yarada bilir, infarkt və iflicə yol açır.
Oturaraq keçirilən zamanın qısaldılıb fiziki fəaliyyəti artırma iflic riskini salmağa yardımcı ola bilir. Məsələn, lift yerinə pilləkənlə çıxmaq kimi təkrarlanan hərəkətləri edilməsi tövsiyə olunur.
Yetkinlərin həftədə ən az 150 dəqiqə orta səviyyədə fiziki fəaliyyətdə olması məsləhətdir”.
Hüseyn
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





