Sağlamlıq
COVID-19 beynimizi necə məhv edir? - Nevroloq ŞOK NƏTİCƏLƏRİ açıqladı
Amerika və İngiltərə alimlərinin tədqiqatları göstərir ki, COVID-19 beyin funksiyalarını sürətlə zəiflədir.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli nevroloq Emir Ruşen danışıb.
Ekspert bildirib ki, COVID-19 virusu burundan ağciyərlərə və beynin daxili hissələrinə yayılaraq medial temporal adlanan yaddaşla əlaqəli hissəyə keçir: “Nəticədə normal insanlarda belə unutqanlığa və diqqət pozğunluğuna səbəb olur. COVID-19 düşündüyümüz kimi qısamüddətli bir xəstəlik deyil. Test nəticələri mənfi çıxdıqdan sonra insanlar hələ də xəstəliyin təsirini yaşaya bilərlər. Bu barədə dəqiq məlumat yoxdur, ancaq müşahidə etdiyimiz ilk məlumatlar infeksiyanın birdən-birə yox olmadığını göstərir. Bütün virus infeksiyaları insanda zehni geriləməyə səbəb olur. Alzheymer xəstələri COVID-19-a yoluxduqdan sonra xəstəliklərinin çox sürətlə irəlilədiyi məlum olub.
Bəzi xəstələr koronavirus üzrə müalicə aldıqdan və sağaldıqdan sonra zehni baxımdan uzun müddət normal vəziyyətlərinə qayıda bilmir, xəstəxanadan çıxdıqdan sonra yaxınlarını tanıya bilmir, çətinliklər yaşadıqları müəyyən edilib. Yaşlılar, demans və alzheymer xəstələri, həmçinin fərqli xəstəlikləri olan şəxslər risk altındadır”.
Həkim sonda alzheymer xəstələrinin çəkinməli olduqları qidalardan danışıb: “Xəstəlik irəlilədikcə yeməyi qiymətləndirmə qabiliyyəti itir. Bu səbəbdən çox isti yemək yeməyin. Qəbizlik yaradan qidalardan uzaq durun. Bol lif qəbul edin. 60 yaşdan yuxarı xəstələrin yüksək karbohidrat qəbul etməsi tövsiyə edilmir. Daha çox tərəvəz və meyvələrə üstünlük verin. Artıq yağ, karbohidrat və duzlu qidalar da bu xəstələr üçün təhlükəlidir”.
Aytən Məftun
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO

















.jpg)







.jpg)


.jpg)








