Sağlamlıq
Yazda saç tökülməsinin əsas səbəbi bu imiş
Yazda saç tökülməsinin əsas səbəbi avitaminozdur.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə trixoloq Olqa Simonova “Вечерней Москвой” verilişində məlumat verib. O, qeyd edib ki, bunun səbəbi qışda yığılan qida maddələrinin tükənməsi və onların çatışmazlığının orqanizmdə əks olunmasıdır. Müsahibəsində Olqa Simonova əlavə edib ki, temperaturun dəyişməsi də saç xəttinin sıxlığına və uzanmasına təsir göstərir. Digər səbəblər arasında psixi pozğunluqların şiddətlənməsi, stress və hormonal dalğalanmaları saymaq olar.
“Kişilərdə və qadınlarda saç tökülməsinin səbəbləri tamamilə eynidir. Sadəcə olaraq, xanımlar bu məsələyə daha həssasdırlar və saçları yuyandan sonra hamamda və ya yastığın üstündə saç göründüyü üçün onların özlərində saç tökülməsinə diaqnoz qoymaq daha asandır. Kişilər artıq keçəllik əmələ gələndə problemi hiss etməyə başlayırlar. Ona görə də problemi nə qədər tez sezsəniz və bir o qədər tez həkimə müraciət etsəniz, saçların tökülməsini bərpa etmək daha asan olacaq”, - Simonova bildirib.
Sonda həkim əlavə edib ki, saç tökülməsinin müalicəsi uzun və bahalı prosesdir. Buna görə ilk əlamətlərdə bir mütəxəssis müayinəsindən keçməyə dəyər.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)



.jpg)
























