Sağlamlıq
Üzümüzü gündə neçə dəfə yumalıyıq?
Dərini normal vəziyyətdə saxlamaq üçün üzü gündə ən azı iki dəfə, bəzi hallarda hətta üç dəfə yumaq lazımdır.
Publika.az xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Viktoriya Qribel “Life.ru”ya müsahibəsində deyib.
“Dərinin özünəməxsus qoruyucu təbəqəsi var ki, bu təbəqə onu xarici təsirlərdən qoruyur və dəri xəstəliklərinin inkişafının qarşısını alır. İnsanın yaşadığı şəhər nə qədər böyükdürsə, dərisinə bir o qədər diqqətli olmalıdır, onun profilaktik təmizlənməsi bir gündə iki dəfə aparılmalıdır”, - ekspert bildirib.
Viktoriya Qribel qeyd edib ki, makiyajdan istifadə edən və təkcə miselyar suyundan istifadə etdikdən sonra üzünü təmizləyən qızlar da dərini riskə atırlar.
“Şəhər və sənaye tozunu dəridən təmizləmək üçün bəzən hətta üçqat təmizləmə tələb olunur. Yəni gündə iki dəfə deyil, üç dəfə yuyulur, lakin bu qayda yay üçün keçərlidir”, - Qribel yekunda qeyd edib.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi




























.jpg)










