Sağlamlıq
Arıq qalmağın sirrini açdılar
Diyetoloqlar maddələr mübadiləsini sürətləndirməyə və əlavə çəkidən asanlıqla qurtulmağa kömək edəcək 5 vərdişi açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Eat This, Not That!” sağlam həyat tərzi vebsaytının müəllifləri danışıb.
Məqalə müəllifləri “The Nutrition Twins”ə istinad ediblər. Bildirilib ki, arıqlamaq istəyən insanlar maddələr mübadiləsini sürətləndirməyin yollarını öyrənməlidir.
“Sürətli metabolizm məhsullardakı qidaları parçalayır, kaloriləri səmərəli istifadə edir və onları yağ kimi saxlamır. Metabolizmi ləng olan bir insan bunu xarakterik əlamətlərlə görə bilər, məsələn, daimi yorğunluq hissi, həzm problemləri və “sürətli” karbohidratlara ehtiras”, - müəlliflər bildirib.
Diyetoloqlar əlavə səy göstərmədən maddələr mübadiləsimi artırmaq üçün bəzi yemək vərdişlərini dəyişməyi məsləhət görüblər. Birincisi, karbohidratlı qəlyanaltıları zülallı qəlyanaltılarla əvəz etmək tövsiyə edilir, çünki bədən artıq kalorilərin 30 faizini onsuz da bu cür qidaların həzm olunmasına sərf edir.
“Məsələn, 300 kalorili hinduşka sinə ətini yedikdən sonra bu kalorilərin təxminən 90 faizi həzm zamanı yandırılacaq”, - ekspertlər izah ediblər.
Bundan əlavə, onlar porsiya ölçüsünü azaltmağı məsləhət görüblər, çünki aktivliyi saxlamaq üçün lazım olandan çox yemək insanı hərəkətsiz edir. Eyni zamanda diyetoloqlar gündəlik kalori çatışmazlığına yol verməməyi tövsiyə edirlər.
Diyetoloqlar maddələr mübadiləsini aşağı salan və iştahı artıran spirtli içkiləri azaltmağı məsləhət görüb, həmçinin qanda qlükoza və lipid səviyyələrini təmin edən göyərti yeməyin vacibliyini qeyd ediblər.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











